Topaz Premyer Liqasının 20-ci turunda keçirilən "Rəvan" – "İnter" qarşılaşmasından sonra oyunun keçirildiyi "Bayıl Arena"da paltardəyişmə otağının qapısının şüşəsi sındırılıb. Futbolinfo.az xəbər verir ki, matçda baş verən hadisələrə görə əsəbləşən futbolçulardan hansının bunu etdiyini müəyyənləşdirmək mümkün olmadı.
Ancaq buna görə meydan sahibi olan klubun xərcə düşəcəyi dəqiqdi.





