Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün keçirilmiş “Qəbələ” – “Qarabağ” oyununu izləyən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qarşılaşma ilə bağlı qısa açıqlama verib. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:
“Nəticə “Qarabağ” üçün çox uğurlu oldu. Meydanda taktiki mübarizə gedirdi. Oyun heç-heçə başa çata bilərdi”.





