Bu gün Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Neftçi"ni qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, prinsipial matç öncəsi xoşagəlməz hadisə baş verib.
 
Belə ki, "Neftçi"yə məxsus olan avtobus gecə saatlarında Lənkəranda daşa basılıb. Hadisəni kimlərin törətdiyi haqda hələlik heç bir dəqiq məlumat yoxdu. Hadisə ilə bağlı "Neftçi" tərəfi "Xəzər Lənkəran" rəhbərliyinə, eləcə də polisə məlumat verib. 

Shares: