"Barselona"nın baş məşqçisi Xerardo Martino komandanın lideri Lionel Messi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, Leo barəsində tənqidi xəbərlər yazılmasının ədalətsiz olduöunu bildirib:
"Messi son zamanlar gündəmdən düşmür. Məncə, onu bir neçə gün rahat buraxmaq lazımdır. Düzdür, o, dünyanın ən yaxşı futbolçusu olduğu üçün Messi haqda bu qədər danışılması normaldır. Ancaq onunla bağlı hər gün bu qədər yazılması da düzgün deyil".





