İngiltərənin "Mançester Yunayted" klubu qış transfer dönəmində "Roma"nın futbolçusu Kevin Strotmanı transfer etmək üçün qarşı tərəfə təklif göndərib. Futbolinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" Hollandiya millisinin 23 yaşlı oyunçusu üçün 25 milyon avrolarından keçməyə hazır olduqlarını bildiriblər.
 
Ancaq paytaxt klubu Strotmanı satmaöa müsbət yanaşmır.
 
Kevin 2013-cü ilin yayında PSV-dən "Roma"ya 19 milyon avro qarşılığında keçib.
Shares: