Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” İspaniya toplanışı çərçivəsində keçirilən “Diamonds Cup” turnirində ikinci oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Rusiya klubu bu dəfə Rumıniyanın ÇFR (Kluj) komandası ilə qarşılaşıb.
Kazan şəhərini təmsil edən həmyerlimizin komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. Abışov bu oyunda da iştirak etməyib.
Xatırladaq ki, “Rubin” ilk oyunda Bolqarıstanın “Lyubimets” komandasını məğlub etmişdi (3:0). Ruslan həmin qarşılaşmada da forma şansı qazanmamışdı.





