Hazırda davam edən Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşması meydan sahibləri üçün yaxşı başlamayıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşma başlayan kimi Tyeqonun avtoqolu ilə sarsılan meydan sahibləri az sonra buna cavab versə də, hakim qapıçı Saşa Stamenkoviçə qarşı qayda pozuntusunu əsas gətirərək bunu hesaba almayıb.
Bunlar azmış kimi, ilk yarının ortalarında "ağ-yaşıllar"ın mərkəz müdafiəçisi Rasim Ramaldanov zədələnərək oyunu davam etdirə bilməyib. Baş məşqçi Mustafa Dənizli yerli oyunçu çatışmazlığı səbəbindən müdafiəçini hücumçu Ağabala Ramazanovla əvəzləmək məcburiyyətində qalıb.





