“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Məğlub olduq. Ancaq bu oyunun ədalətli nəticəsi heç-heçə olmalıydı. İkinci hissədə daha yaxşı oynadıq. Lakin sonuncu vuruşlarda dəqiq ola bilmədik. İlk hissədə adi bir boşluqdan qapımızda qol gördük. Çöx təəssüf ki, bizdə nəsə alınmadı. Azarkeşlər məni istefaya səsləməsi onların fikridi. Bununla bağlı nəsə deyə bilmərəm”.
Shares: