"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– 1 xal qazandıq, ya 2 xal itirdik? Bu suala cavab vermək çətin olar. "Neftçi"nin bizdən zəif zəif komanda olduğunu demək olmaz. Bizim üçün ilk qol çox önəmli idi. 2-ci yarıda son 30 dəqiqədə meydanda hakim biz idik. Təzyiq altında keçən bir oyun oldu. Zövqlü matç idi. "Neftçi" daha rahat oynayırdı. Ən azından xal fərqini qorumuş olduq. Bütün gücümüzlə "üçlüy"ə girmək istəyirik. Azarkeşlərimiz ən azından meydanda mübarizlik gördü. Fanatlara məğlubiyyət yaşatmadığımız üçün sevincliyik. Matçda hər şey var idi. Qollar, epizodlar, vərəqələr. Hakimlik haqqında danışmaq istəmirəm. Amma Azərbaycana gələndə eşitdim ki, hakimlər "Neftçi"yə simpatiya bəsləyirlər. Hakimin hər iki tərəfə qarşı səhvləri var idi. Amma onlar da səhv edə bilər. Rəqib baş məşqçinin dediklərinə hörmətlə yanaşıram. Düşüncələrimiz fərqli ola bilər.
– Eliasdan razı qaldınız?
– Bunu bir oyuna görə dəyərləndirmək olmaz. Biz hər futbolçumuzdan istifadə edirik. Qarşıda daha yaxşı olacaq.
– Böyükağa Hacıyev dedi ki, Slavik Alxasovu "Xəzər Lənkəran"a hədiyyə etmişik. Siz həqiqətən də onu hədiyyə kimi qəbul edirsiz?
– Sağ olsun.
– Türkiyədə belə matçlar çox görmüsüz. Türkiyədəki derbilərlə bunu müqayisə edərdiz…
– Maraqlı, həyacanlı matç idi. "Neftçi" ilə Bakıda da oyunumuz var. Biz çətin dönəmdən keçdik. Qarşıda daha yaxşı oyunlar olacaq. 2 qol buraxdıqdan sonra heç-heçə etmək asan deyil. Həyatımda çox derbi görmüşəm. Qarşıda daha çətin oyunlar var. Bizim çətin oyunlar seriyamız var. Gələn həftə "Qəbələ" ilə oynayacağıq.
– Oyunu xilas etməkdə azarkeşlərin böyük oldu. Amma Bakıda azarkeşlər olmayacaq. Azarkeşlərin səfər oyunlarına gəlməsi qadağasına necə baxırsız?
– Türkiyədə də belə qadağalar var. Amma derbi azarkeşlərlə maraqlıdı.
– Ağabala Ramazanov qırmızı vərəqə aldı. Rasim Ramaldanov zədələndi. "Qəbələ" ilə oyunda yerli oyunçu limitini necə dolduracaqsız?
– 10 nəfərlə meydana çıxmayacağıq. Çalışacağıq boşluğu dolduraq.
ELSEVƏR, LƏNKƏRAN





