Topaz Premyer Liqasının 20-ci turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşan "Neftçi" futbolçuları 2:2 hesablı heç-heçə ilə kifayətlənməli oldular. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra paytaxt təmsilçisinin üzvləri mətbuata açıqlama verməkdən imtina ediblər.
 
Buna səbəb həm 2 qoldan sonra qələbəni əldən vermələri olubsa, digər tərəfdən də paytaxt təmsilçisi oyundan dərhal sonra stadionu tərk edib. Bu üzdən də oyunçularla söhbətləşmək mümkün olmayıb.
Shares: