Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran" – "Neftçi" matçı ciddi qalmaqallarla yadda qaldı. Futbolinfo.az xəbər verir ki, bunlardan ən diqqətçəkənlərindən biri oyunboyu yerli fanatların təhqirləri ilə üz-üzə qalan qonaqların müdafiəçisi Mahir Şükürovun onlara orta barmağını göstərməsi idi.
 
Digər ciddi qalmaqal isə ikinci bərabərlik qolundan sonra "Neftçi"nin futbolçuları Karlos Kardoso ilə Bruno Bertuççinin rəqib komandanın üzvü Ağabala Ramazanovla dalaşdığı epizod idi. Hansı ki, baş hakim buna görə onların üçünü də meydandan qovdu.
 
Sizi sözügedən epizodları özündə əks etdirən fotolarla tanış edirik. 
Shares: