Futbol üzrə Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkarının çıxış etdiyi "Sivasspor" doğma meydanda "Fənərbaxça" ilə qarşılaşıb.
 
Oyun Sivas təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. Kubok oyununda Roberto Karlosdan 90 dəqiqə şans alan və qol vuran Özkara bu matçın iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
 
Qeyd edək ki, "Sivasspor" bu qələbədən sonra 35 xalla 4-cü sıradakı yerini qoruyub.
Shares: