Futbol üzrə Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin çıxış etdiyi "Elazığspor" doğma meydanda "Kayserispor"la qarşılaşıb.
Oyun Elazığ təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü bu dəfə start heyətdə meydana çıxmasa da, baş məşqçi Okan Buruk onu 87-ci dəqiqədə Onur Ayıkın yerinə döyüşə atıb.
Qeyd edək ki, "Elazığspor" 20 oyundan sonra 19 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.





