"Xəzər Lənkəran"ın "Böyük oyun"nun canlı yayımına hər cür mane olması azarkeşləri nə qədər məyus etdisə, hadisələrin sonrakı inkişafı daha biabırçı oldu. Cənubluların vəziyyətdən çıxış yolu kimi, əslində isə yayıma əngəl olmağa bəhanə kimi fikləşdiyi internet yayımı rüsvayçılıqla yadda qaldı.
 
Oyunun çox bərbad çəkilişi, yayımdakı tutulmalar bir yana, şərhçilik də faciəvi idi. Təkcə küçə söyüşlərinin çatışmadığı çayxana söhbəti yayıma "rəng qatdı" ki, bəlkə də bu, cənubluların bacarığının maksimum həddi idi. "Peşəkar" klubun "peşəkar" işi çətin ki, cənublulara başucalığı gətirsin.
 
Onların bu uğursuz eksperementi yalnız eşitmədikləri azarkeş təhqirlərinə və komandadan küsdürülənlərin sayının çoxalmasına səbəb oldu.
Shares: