Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, 20-ci turun “Xəzər Lənkəran” – “Neftçi” matçında qeydə alınan tamaşaçı sayı 2013/14 mövsümündə ən yüksək göstəricidi.
 
Belə ki, “Böyük oyun” adı ilə tanınan qarşılaşmanı 11000 tamaşaçı izləyib. Bu qarşılaşma 1-ci dövrənin Lənkəranda baş tutan “Böyük oyun”unu da arxada qoyub. Həmin matçı 10000 tamaşaçı izləmişdi.
 
Qeyd edək ki, cari mövsüm çempionatda ən çox tamaşaçı toplayan 5 oyunun hamısı Lənkəranda keçirilib.
 
tur
tarix
oyun
tamaşaçı sayı
20
09.02.2014
Xəzər Lənkəran  – Neftçi
11000
4
25.08.2013
Xəzər Lənkəran  – Neftçi
10000
11
27.10.2013
Xəzər Lənkəran – Qarabağ
7500
6
14.09.2013
Xəzər Lənkəran – Bakı
7100
2
11.08.2013
Xəzər Lənkəran – Simurq
7000
Shares: