Futbol üzrə Türkiyənin PTT 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" səfərdə "Manisaspor"la qarşılaşıb.
 
Ordu təmsilçisi bu görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. "Orduspor"un baş məşqçisi Erkan Sözeri Subaşiçi start heyətdə meydana buraxıb. Hücumçu 55-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Orduspor" 23 oyundan sonra 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Shares: