İngiltərə Futbol Federasiyası Premyer Liqadakı derbilərdən birinin vaxtını dəyişib. Futbolinfo.az xəbər verir ki, söhbət “Mançester Yunayted” – “Mançester Siti” matçından gedir.
Federasiya rəhbərliyi prinsipial oyunun martın 25-nə keçirildiyini elan edib. Halbuki daha əvvəlcə bu matç martın 1-də baş tutmalı idi. Həmin gün MS Liqa kubokunun finalında “Sanderlend”lə qarşılaşacağından belə bir addım atılıb.
Xatırladaq ki, MY və MS arasındakı ilk derbinin qalibi “şəhərlilər” (4:1) olmuşdu.





