İspaniya nəhəngi “Barselona” müdafiə xəttindəki problemi aradan qaldırmaq üçün İsveçrəyə üz tutub. Futbolinfo.az xəbər verir ki, Xerard Pikenin yanında oynatmağa stopper tapmayan katalonlar “Bazel” və İsveçrə yığmasının müdafiəçisi Fabian Şerlə maraqlanır.
Artıq Karles Puyol yaşlanıb. Xavyer Maskerano isə heç cür stopper kimi istəniləni verə bilmir. David Luiz və Tyaqo Silva kimi oyunçular da “Barsa”ya gəlməkdən imtina edir. Buna görə də rəhbərlik 22 yaşlı futbolçunun keçidini yayda həll etmək üçün indidən danışıqlara başlamaq niyətindədi.





