Topaz Premyer Liqasının 20-ci turunda baş tutan "Xəzər Lənkəran" – "Neftçi" matçında PFL-in mühafizə xidmətinin olmaması diqqət çəkirdi. Qalmaqallarla yadda qalan "Böyük oyun"da mühafizə xidmətinin olmamasını qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bu cür açıqlayıb:
 
"Nəinki Lənkərana, heç bir bölgəyə Peşəkar Futbol Liqasının mühafizəsi göndərilmir. Siz Zaqatalada da, Qəbələdə də olmusuz. Gördüyünüz kimi, həmin oyunlarda da bizim mühafizə xidmətimiz yox idi. Çox nadir hallarda rayona mühafizəçi göndəririk. Onların işi hakimi qorumaqdan ibarətdi. Nə Zaqatalada, nə Qəbələdə, nə də Lənkəranda hakimə hansısa  təzyiq olub. Belə oyunlar zamanı yerli orqanlarla, polislə danışılır. Əgər lazım olmasa, mühafizə göndərilmir. Mühafizə departamentinin rəisi müvafiq güc strukturları ilə danışır. Oyun bitən kimi də hüquq mühafizə əməkdaşları hakimləri qoruyur".
Shares: