"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini "Mançester Siti"də çalışdığı dövr barədə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, “Ettihad”da olarkən, xəyanətə uğradığını bildirib:
 
"Klub prezidentinə inanırdım. Ancaq Soriano və Beqiristana güvənmirdim. Mənə xəyanət etdilər. Əl Mübarək bu iki nəfərin təsiri altında idi və onların əməllərində görə məni istefaya göndərdilər. Halbuki bu futbolçular İngiltərə kubokunda finalöncəsi birlikdə yemək yediyim insanlar idi. Klub prezidenti üzümə məni niyə qovduqlarını belə deyə bilmədi. "Mançester Siti" azarkeşləri ilə vidalaşmağa da vaxtım olmadı. Mən  Ms-də işləyərkən belə onlar gizli-gizli başqa məşqçilərlə danışıqlar aparırmış Bunu komandadan ayrıldıqdan sonra öyrəndim. Onların arasında Pep Qvardiola və Karlo Ançelotti də var idi".
 
Qeyd edək ki, Mançini MS-də işlədiyi 3.5 ildə komandaya 3 kubok qazandırıb.
Shares: