Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Mustafa Reşid Akçay ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu haqda klubun saytında rəsmi xəbər yayılıb.
Çalışdırıcı ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Bu qərara səbəb kimi Trabzon təmsilçisinin Superliqadakı uğursuz çıxışı göstərilib. Belə ki, sonuncu turda “Akhisar”a öz meydanında 2:4 məğlub olan “bordo-mavilər” 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Trabzonspor” Superliqada uğursuz çıxış etsə də, Akçay komandanı Avropa Liqasında qrup lideri kimi pley-off mərhələsinə çıxarmışdı. O, cari mövsümün əvvəlindən komandanı çalışdırırdı.





