"Bavariya" klubunun yarımmüdafiəçisi Aryen Robben komandasının cari mövsümün əvvəlindən davam edən məğlubiyyətsizlik seriyasının sona qədər davam etməyəcəyini düşünür. Futbolinfo.az xəbər verir ki, holland futbolçu Almaniya mətbuatına açıqlamasında belə danışıb:
 
“Gec-tez məğlub olacağıq. Bəli, biz artıq bir neçə rekorda imza atmışıq. Ancaq "Bavariya" rekordlar üçün oynamır. Heç kəs məğlubiyyətdən sığortalanmayıb. Lakin bu bizim çıxışımıza təsir etməməlidi".
 
Qeyd edək ki, "Bavariya" Bundesliqada 20 turdan sonra məğlubiyyətsiz şəkiildə liderlik edir.
Shares: