"Bu fikirləri Tahir Süleymanov deyib? Mən də ona sual verirəm, kim deyir ki, bu derbi oyunudu? Əgər Süleymanov bunu özündən calaşdırırsa, bu, onun öz fikridi". Bu sözləri futbolinfo.az saytına açıqlamasında AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev deyib.
Federasiya rəsmisi "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun fikrinə münasibət bildirərkən bunları dilə gətirib:
"Mən hesab etmirəm ki, bu, derbi oyunudu. "Xəzər Lənkəran" bu gün turnir cədvəlinin ortasında yer alıb, "Neftçi" isə irəlidə gedir. Onda buna baxanda hər oyun derbidi. İkincisi də heç kim ona bu səlahiyyəti vermir ki, o təhlil etsin ki, kabinetdə kim idarə edir. Kabinetdə futbol idarə edənlər o stadionda dayananlardan min dəfə yaxşıdılar. Bu gün AFFA-nın prezidenti də, onun işçiləri də bir nöqtəyə vuraraq futbolun inkişafı üçün çalışırlar. Bizim nə işlə məşğul omağımızdan heç Tahir Süleymanovun xəbəri yoxdu. Ona görə yaxşı olardı ki, Süleymanov vitse-prezident kimi "Neftçi"nin inkişafında daha çox iş görsün. Belə şeylər etmək olmaz. Digər tərəfdən futbolun inkişafında dedi-qoduları yaradan insanlar var. Yaxşı iş görməyiblər, ancaq söz-söhbətlər var. Siz azarkeşinizi yığın, soruşmayın kim kabinetdədi. Sən yaxşı oyna, azarkeşin gəlsin,tribunalar dolu olsun. Bundan danışmaq lazımdı. Bu gün federasiya tərəfindən Peşəkar Futbol Liqası yaradılıb. PFL çempionatları pis keçirir? Siz səviyyəyə baxın. Başqa nə lazımdı? Gəlsinlər futbolçular oynasınlar. Bura bağça deyil ki, federasiyanın rəhbərliyi və digər işçiləri burada uşaqları tərbiyə etsinlər. Gəlmisiz futbol oynamağa, oynayın, azarkeş də gəlsin".
Daha sonra Əliyev Süleymanovun digər vitse-prezident Elşad Nəsirovun deyil, yalnız onun adının çəkməsinə də münasibət bildirib: "Mənim adımı çəkib, mənimlə şəxsi qərəzdiyi varsa, bu, onun öz işidi. Məni bu gün Tahir müəllimin heç bir fikri maraqlandırmır. Mən özümə borc bildim ki, bu fikrə münasibət bildirim ki, o birilərə də dərs olsun. Kimsən ki, sən belə şeylər deyirsən? Mən də sual verirəm: sən kimsən? Get, işinlə məşğul ol. Məsələ qurtardı".
RÖVŞƏN ƏHLİMANOĞLU





