“Barselona”nın hücumçusu Lionel Messi La Liqa tarixinin bombardiri olma yolunda addım-addım irəliləyir. Futbolinfo.az xəbər verir ki, argentinalı qolçu İspaniya çempionatının 23-cü turu çərçivəsində “Sevilya”ya qarşı dubl etməklə La Liqada vurduğu qolların sayını 226-ya çatdırıb.
 
Bu nəticə ilə Messi turnirin tarixində ən çox qol vuranların siyahısında beşinci pilləyə yüksəlib.
 
Qeyd edək ki, ilk dörd pillədə Telmo Sarra (251), Alfredo Di Stefano (227), Raul Qonsales (228 qol) və Uqo Sançes (234) dayanır.
Shares: