“Fənərbaxça” hər həftə hücum xəttində itkilər verməyə davam edir. Futbolinfo.az xəbər verir ki, daha öncə Emmanuel Emenike və Pyer Vebonun zədələnməsinə üzülən “sarı-lacivərdlər” son turda da Musa Sounun zədə şokunu yaşayıb.
"Sivasspor"a 0:2 məğlub olduğu qarşılaşmada “bülbüllər”in aparıcı qolçusu 64-cü dəqiqəsində zədələnərək meydançanı tərk edib. Müayinələr aparılıb və 28 yaşlı hücumçunun azı 2 həftə formasından uzaq qalacağı gözlənilir. Bu isə o deməkdi ki, “Fənər”in hücum xəttində qalan yegnə sağalm oyunçu Dirk Kuytdu.





