Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona İtaliya millisinin forvardı Mario Balotelli haqda danışıb. Futbolinfo.az xəbər verir ki, argentinalı sabiq futbolçu Balotellinin digər futbolçulardan fərqli olduğunu bildirib:
"Son zamanlar Balotellini çox tənqid edirlər. Məncə, bu normaldı. Hər bir futbolçu kimi onun da müəyyən eniş dövrü ola bilər. Ancaq Mario əla futbolçudu və o digərlərindən fərqlənir".
Qeyd edək ki, hazırda “Milan”ın formasını geyən Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti” kimi klublarda çıxış edib.





