Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone komandasını La Liqada “Almeriya” qarşısındakı gözlənilməz məğlubiyyətindən (0:2) danışıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı buna həftəiçi Kral Kubokunda “Real”la (Madrid) keçirdikləri derbi yorğunluğunun bəhanə olmadığını vurğulayıb:
“Məğlubiyyət üçün heç bir bəhanənin arxasına sığınmırıq. Görünən odu ki, “Almeriya” matça yaxşı hazırlaşıbmış. Futbol, belə bir şeydi. Yorğun olduğumuzu düşünmürəm. Əslində matça yaxşı hazırlaşmışdıq. Nə hakimi, nə küləyi, nə də başqa bir şeyi günahlandırmaq istəyirəm".
Qeyd edək ki, “Atletiko” bu məğlubiyyətdən sonra La Liqadakı liderlik taxtını itirib.





