FİFA Azərbaycan çempionu "Neftçi"ni cərimələyib. Futbolinfo.az xəbər verir ki, buna səbəb paytaxt klubunun sabiq məşqçisi Mehmet Aka kompensasiya ödəmədən onu işdən azad etməsi olub.
Belə ki, türkiyəli fiziki hazırlıq üzrə məşqçi bundan sonra haqqını müdafiə etmək üçün dünya futbol qurumuna şikayət edib. FİFA Mehmet Akın şikayət ərizəsini nəzərdən keçirərək, kompensasiya almadan fiziki hazırlıq üzrə məşqçi vəzifəsindən kənarlaşdırılmış zərərçəkmişin xeyrinə qərar çıxarıb.
 
Qeyd edək ki, “Neftçi” buna görə 42 min avro cərimələnib. FİFA "ağ-qaralar"ın qarşısına sabiq məşqçisinə kompensasiya ödəməyə öhdəliyi qoyub.
Shares: