İspaniya nəhəngi "Real"ın (Madrid) yayda ilk növbədə transfer etmək istədiyi futbolçunun kimliyi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, “Kral Klubu”nun əsas hədəfi “Mançester Siti”inin usta yarımmüdafiəçisi David Silvadı.
 
Bunu “qalaktikos”un baş məşqçisi Karlo Ançelottinin asçıqlamasına əsasən söyləmək olar. İtaliyalı Silvanın sayəsində yarımmüdafiə xəttinin daha da güclənəcəyinə inanır. Yüksək məbləğ təklif edəcəyi təqdirdə "Mançester Siti"nin ispaniyalı futbolçunu "Real"a buraxacağı gözlənilir.
Shares: