AZAL klubu PFL-ə mürəciət edərək Topaz Premyer Liqasının 16-cı turunun AZAL – “Rəvan” matçınının 90+2-ci dəqiqəsində AZAL-ın futbolçusu Xuan Fransiskoya göstərilmiş sarı vərəqənin səhvən matçın protokolunda Oskar Klavanın adına qeyd edildiyini bildirib. İntizam Komitəsi matçın videoyazısını izlədikdən sonra həqiqətən də oyunun 90+2-ci dəqiqəsində hakimin AZAL-ın futbolçusu Xuan Fransiskonu sarı vərəqə ilə cəzalandırıldığı aşkar edilib. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:
AZAL – “Rəvan” matçınının protokolunda Oskar Klavaya yazılmış sarı vərəqə onun adından silinsin və klubun digər futbolçusu Xuan Fransiskonun adına əlavə edilsin.
Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.





