"Qarabağ" məşqləri bərpa edib. Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda AZAL-ı qəbul edəcək çempionatın lideri Qəbələdən qayıtdıqdan sonra dünəni istirahətlə keçirmişdi.
Bu gün isə 2 çalışmayla AZAL-ın hazırlıqlarına start verilib. "Qarabağ"ın ilk məşqi 10:30-da baş tutub. Çalışma 90 dəqiqə davam edib. Günün 2-ci məşqi isə 16:00-da start götürüb.
21-ci turda baş tutacaq "Qarabağ" – AZAL oyunufevralın 15-də baş tutacaq və saat 17:00-da start götürəcək.





