İspaniya mətbuatı qış fasiləsində “Atletiko” (Madrid) və "Mançester Yunayted" klubları arasında keçən transfer danışıqlarının üstünü açıb. Futbolinfo.az xəbər verir ki, qış “transferi pəncərəsi”ndə “qırmızı şeytanlar”ın Madrid təmsilçisinin istedadlı futbolçusu Felipe Luis üçün rəsmi təklif göndərdiyi üzə çıxıb.
 
Mankunyanlar oyunçunun keçidi qarşılığında qarşı tərəfə 17 milyon avro təklif edib. Məsələ barəsində bir müddət danışıqlar getsə də, ispanlar MY-nin təklifini qəbul etməyib.
 
MY-nin yayda yenidən braziliyalı futbolçu üçün cəhd edəcəyi gözlənilir.
Shares: