İtaliyanın "Napoli" klubu Madrid "Real"ının qapıçısı İker Kasilyasa “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, neapollular futbolçunun La Liqada əsas heyətdən kənarda qalmasından istifadə edərək onu A Seriyasına aparmaq istəyir.
“Napoli” rəhbərliyi artıq indidən onun meneceri ilə təmasa keçib. Lakin Kasilyasın 16 ildi çıxış etdiyi “Real”dan belə asanlıqla ayrılacağı iunandırıcı görünmür.
Qeyd edək ki, "Napoli" ötən yay “Real"dan 3 futbolçu – Raul Albiol, Xose Kallexon və Qonzalo İquaynı transfer etmişdi.





