İranın qadınlardan ibarət futbol üzrə yığma komandasında saxtakarlıq oduğu aşkarlanıb. Futbolinfo.az xəbər verir ki, bu saxtakarlığı Britaniyanın "The Telegraph" nəşri üzə çıxarıb. Məlum olub ki, İranın qadınlardan ibarət yığmasında 4 kişi futbolçu çağırılıb. Onlar məşqlərə başıbağlı şəkildə çıxıblar.
Artıq həmin 4 nəfərin cinsini dəyişmək üçün əməliyyat olunacağı bildirilir. İran Futbol Federasiyasının tibbi komissiyasının rəhbəri Əhməd Haşemian futbolçuların əməliyyatdan sonra qadın futbolu yarışmalarında iştirak etmək hüququ qazanacaqlarını bildirib.





