Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona DÇ-2014-lə bağlı növbəti açıqlamasını verib. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis bu dəfəki mundialın Cənubi Amerika təmsilçilərinə qismət olmasının vacibıliyini vurğulayıb:
 
"DÇ-2014 Cənubi Amerikada keçirildiyi üçün düşünürəm ki, çempion da elə bu qitədən olmalıdı. Təbii ki, mən Argentina millisinin çempion olmağını istərdim. Buna inanıram. Yığmamızın hücum xətti də çox güclüdü. Lakin müdafiəmiz məni narahat edir".
 
Qeyd edək ki, Argentina turnirdə F qrupunda Nigeriya, İran və Bosniya və Hersoqovina yığmaları ilə mübarizə aparacaq.
Shares: