Futbol üzrə Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Dortmund "Borussiya"sı səfərdə "Ayntraxt"la qarşılaşıb. Qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsiylə başa çatıb. Beləcə, dortmundlular yarımfinala ilk vəsiqənin sahibi olublar.
Digər qarşılaşmalar bu gün keçiriləcək.
Almaniya Kuboku
1/4 final
11 fevral
11 fevral
Ayntraxt – Borussiya (Dortmund) – 0:1
12 fevral
22:00. Bayer – Kayserslautern
22:00. Hoffenhaym – Volfsburq
23:30. Hamburq – Bavariya





