Futbol üzrə Fransa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.
"Lill" – "Kan" görüşünün əsas vaxtında 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Lakin meydan sahibləri penaltilərlə qalib gələrək mərhələ adlayıblar. "Kann" "Monpelye"ni, "Anje" də "Bastiya"nı əlavə vaxtda məğlub edərək, 1/4 finala vəsiqə əldə edib.
Digər oyunlar bu gün və sabah keçiriləcək.
Fransa Kuboku
1/8 final
11 fevral
Lill – Kan – 3:3 (penaltilərlə 6:5)
Kann – Monpelye – 1:0 (əlavə vaxtda)
Anje – Bastiya – 4:2 (əlavə vaxtda)
12 fevral
19:45. Montikello – Genqam
21:45. Oser – Renn
22:30. Moulins – Sete
23:55. Nitsa – Monako
13 fevral
23:45. Olimpik (Lion) – Lens





