Fransanın PSJ klubu ciddi problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında "Bayer"lə üz-üzə gələcək komanda öz liderini itirib.
 
Söhbət Paris təmsilçisinin ən məhsuldar üzvü Zlatan İbrahimoviçdən gedir. İsveçli forvard kürəyindəki ağrılar səbəbindən komandanın son məşqlərinə qatıla bilməyib.
 
"Le Parisien" nəşrinin xəbərinə görə, İbrahimoviç Liqa-1-in növbəti turunda "Valensyenn"lə görüşü də buraxmalı olacaq. Məlumatda bildirilir ki, həkimlər onu "Bayer"lə oyuna hazırlamaq üçün qarşıdakı turda meydana çıxmamağı məsələhət biliblər.
 
Qeyd edək ki, İbrahimoviç cari mövsüm Liqa-1-də 18 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Shares: