Məlum olduğu kimi, bu gün baş məşqçilər və bəzi klubların nümayəndələri AFFA-ya çağırılıb. Futbolinfo.az saytına açıqlamasında "Rəvan"ın baş məşqçisi Güvənç Kurtar iclas haqqında bunları dilə gətirib:
"Əsas heyətdə 4-6-1 sistemi çoxluq təşkil edir. Bu zaman 6 legioner və 5 yerli futbolçu olacaq. Bu yerlilərdən biri isə 21 yaşlı olacaq. Hələ son qərar verilməyib. Bəlkə də buna görə yenidən iclas keçirələr. Ancaq əksər nümayəndələr 4-6-1 sisteminin tərəfdarıdı".





