Madrid "Real"ı əzəli rəqibi “Barsrselona"nın daha bir rekordunu qırıb. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsiliçisi dünən axşam Kral Kubokunda “Atletiko”nu qapısında qol görmədən devirib.
Bu isə “Real”ın ölkə kubokunda cari mövsüm keçirdiyi 8 matçın heç birində top buraxmadığı anlamına gəlir.
720 dəqiqə ərzində qapısını toxunulmaz saxlayan Kral Klubu katalonların 1989-cu ildə imza atdığı 696 dəqiqəlik rekordu qırıb.
"Real" həmçinin "Atletiko"nu məğlub etməklə İspaniya kubokunda qol buraxmadan finala adlayan ilk komanda olub.





