Mövsümün əvvəlində “Çelsi”dən icarə əsasında "Everton"a icarəyə verilən Romelu Lukaku yeni mövsümdən yenidən Londona qayıtmaq istəyir. Futbolinfo.az xəbər verir ki, Liverpul təmsilçisindəki uğurlu çıxışı ilə Premyer Liqanın ən yaxşı hücumçularından sayılan belçikalı baş məşqçi Joze Mourinyonun onu düzgün qiymətləndirmədiyini müdafiə edib:
"21 yaşım var. 5 ildi peşəkar futbol oynayıram. ÇL-də oynamaq zamanım gəlib. Ronaldo və Runinin 23-24 yaşında qazandıqları təcrübəyə mən indidən sahibəm. Ötən mövsüm də yaxşı oynamışdım. Niyə icarəyə verildim? Bunu anlamıram. Bu dəfə "Çelsi"yə dönmək istəyirəm".
Qeyd edək ki, Lukaku ötən mövsümü də icarə əsasında “Vest Bromviç”də keçirmişdi.





