Futbol üzrə Azərbaycan 1-ci divizionunda 17-ci turun iki oyunu təxirə salınıb. Futbolinfo.az xəbər verir ki, “Bakılı” və “Şuşa” klubları PFL-ə müraciət edərək çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının heyətində bir neçə futbolçusunun təlim-məşq toplanışı üçün ölkə xaricinə səfər edəcəyini və bu səbəbdən də 17-ci turun görüşlərinin başqa vaxta keçirilməsini xahiş edib.
 
Yuxarıda göstərilənləri, həmçinin, əsasnamənin 3.15 bəndini nəzərə alaraq “Şəmkir” – “Bakılı” matçı 14 fevral 2014-cü il tarixindən və “Qaradağ Lökbatan” – “Şuşa” matçı 15 fevral 2014-cü il tarixindən ehtiyat gün olan 26 mart 2014-cü il tarixinə keçirilib.
 
26 mart (çərşənbə)
 
“Şəmkir” – “Bakılı”
“Qaradağ Lökbatan” – “Şuşa” 
Shares: