Topaz Premyer Liqasının 21-ci turunda səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” artıq Qəbələ şəhərindədi. Futbolinfo.az xəbər verir ki, “ağ yaşıllar” oyuna 3 gün qalmış oyunun keçiriləcəyi şəhərə yollanıb.
Oyun gününə qədər cənublular məşqlərini orada davam etdirəcəklər. Komandanın heyətində itkilər var. Belə ki, uzun müddətdi zədəli olan Slavik Alxasov və Adrian Pitdən əlavə, Rasim Ramaldanov bu matçda iştirak etməyəcək. Sonuncu hətta səfərə də aparılmayıb. “Ağ yaşıllar”ın heyətində cəzalı da var. “Neftçi” ilə oyunda qırmızı vərəqə alan Ağabala Ramazanov əvəzedici heyətə göndərilib. Əvəzində lənkəranlılar Elnur Abdullayevin cəzasının bitməsinə sevinir.
Qeyd edək ki, “Xəzər Lənkəran” Qəbələyə səhər saatlarında yollansa da, Mustafa Dənizli komanda ilə birgə ora getməyib. AFFA-da keçirilən iclasda iştirak edən türkiyəli mütəxəssis yalnız bu tədbir bitəndən sonra, axşam saatlarında Qəbələyə yola düşüb.





