İspaniya Kral Kubokunun yarımfinal matçında dələduzluq edən azarkeş tapılıb. Futbolinfo.az xəbər verir ki, “Atletiko” – “Real” (0:2) oyununda qonaqların forvardı Kriştianu Ronaldonun başına alışqan atan ev sahibi komandanın azarkeşi saxlanılıb.
Qeyd edək ki, hadisə matçın fasiləsi zamanı baş vermişdi. Birinci hissədə dubl edən Ronaldo paltardəyişmə otağına yollanarkən tribunadan atılan alışqan onun başına tuş gəlmiş və futbolçu zədələnmişdi. Azarkeşin bu hərəkətinə görəı, “Atletiko”nun da cəzalanacağı gözlənilir.





