Türkiyənin "Trabzonspor" klubu baş məşqçi axtarışlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Mustafa Reşid Akçay ilə yolları ayıran Qaradəniz təmsilçisi rumıniyalı mütəxəssis Mirça Luçeskuya rəsmi təklif göndərib.
Hazırda Donetsk “Şaxtyor”unu çalışdıran rumıniyalı isə təklifə “yox” cavabını verib: "Təklifinizə görə təşəkkür edirəm. "Şaxtyor"a ürəkdən bağlıyam. Buradan ayrılmağı düşünmürəm".
Qeyd edək ki, Luçesku daha əvvəl 2002-04-cü illərdə Türkiyədə çalışmışdı.





