İngiltərənin "Mançester Yunayted" klubu PSJ-nin ulduz futbolçusu Edinson Kavanini heyətinə qatmağın yollarını axtarır. Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Devid Moyesin göstrəşinə əsasən "qırmızı şeytanlar" uruqvaylının transferini reallaşdırmaq üçün yayda hərəkətə keçəcəklər.
Qeyd edək ki, İngiltərə nəhəngi hələ ötən ay PSJ-yə təklif göndərmişdi. Ancaq o vaxt “Napoli”də olan qolçu Paris klubuna keçməyə üstünlük vermişdi.
PSJ Kavaninin keçidi üçün 64 milyon avro ödəmişdi.





