Qış fasiləsində Bakıda yaşamaqda çətinlik çəkdiyi üçün rəhbərlilklə görüşən AZAL-ın serbiyalı legioneri Vladimir Boqdanoviç komandadan ayrılmağa nail olmuşdu. Sizə təqdim etdiyimiz fotolardan görünür ki, Vladimir heç də Bakıda pis yaşamırmış. Hətta serbiyalının Bakıya adaptasiya olması üçün komanda yoldaşı Xuan Fransisko Qarsiya da ona bu yöndə kömək edirmiş.
Fotodan göründüyü kimi, Vladimir həqiqətən də AZAL rəhbərliyini öz yalanları ilə inandırmağı bacarıb. Və yaxud da AZAL rəhbərliyi onun bu cür "cavanlıq" etməsindən xəbərdar imişlər. Sadəcə, mətbuatı aldatmaq üçün serbiaylı legionerin ailəsində problemlər olduğunu dilə gətiriblər.





