Almaniya mətbuatı “Bavariya" futbolçularının aldığı maaşların miqdarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Münhen klubunda ən çox qazananlar Frank Riberi və Mario Götzedi.
 
Onlar illik 12 milyon avro ilə iulk iki yerdə qərarlaşıb. Fransalı və almanı digər iki alman Filip Lam və Bastian Şvaynşteyger izləyir. Hər oyunçunun maaşı 10 milyon avrodu. Hərəyə 8 milyon avro maaşla Tomas Müller və Tyaqo Alkantara 5-ci, 6-cı yerləri bölüşdürür. Manuel Noyer, Aryen Robben və David Alaba “pivəçilər”dən ildə 7 milyon “qoparır”. “Onluğ”u 6 milyon avro ilə ispan yarımmüdafiəçi Xavi Martines qapayır.
 
Qeyd edək ki, “Bavariya”da ən az maaş alan futbolçu Dieqo Kontentodu. O, ildə 2 milyon avro qazanır.
Shares: