Yenicə yaradılmış futbol üzrə Kosovo milli komandasının ilk rəqibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, FİFA –nın yanvarda milli komanda və klub səviyyəsində yoldaşlıq oyunları keçirməyə icazə verdiyi Kosovanın ilk rəqibi Haiti olacaq.
Bu haqda ölkənin futbol federasiyasının prezidenti Bekim Haxiu məlumat verib. Oyun martın 5-də Haitidə oynanılacaq. Qarşılaşma ölkənin şimalındakı Mitrovitsa şəhərindəki Adem Yaşari stadionunda baş tutacaq.
Qeyd edək ki, Kosovonun yoldaşlıq oyunları keçirməsinə icazə verilsə də, hələ də bəzi qadağalar qalır. Belə ki, bu ölkənin yığması və klubları keçmiş Yuqoslaviya ölkələrini təmsil edən komandalarla oynaya, formalarında ölkə bayrağı ola və oyunlarda dövlət himni oxuya bilməz.





