İngiltərənin "Arsenal" klubunun hücumçusu Lukaş Podolski gələcək karyerası ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, alman forvard "Şalke"dən təklif gəlməsinə baxmayaraq, London klubunun formasını geymək istədiyini açıqlayıb:
"Arsenal"dan ayrılmaq niyyətində deyiləm. Bu yanlış xəbər idi. Heç vaxt "Şalke"yə keçmək ehtimalım olmayıb. Arsen Venger də bunu məndən soruşdu. Ancaq mən artıq keçmiş haqda düşünmürəm. Hazırda "Arsenal"dayam və bu komandadan ayrılmaq niyyətim yoxdu".
Podolski 2012-ci ildə "Köln"dən "Arsenal"a transfer olunub.





